Netanyahu Qəzza sərhədinə gəldi

İsrail Baş naziri Benyamin Netanyahu Qəzza sektoru ilə sərhəddə hərbçilərlə görüş keçirib.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

"Biz qalib gələcəyik. Bütün İsrail xalqı sizin arxanızdadır və biz qələbəni əldə etmək üçün düşmənlərimizə güclü zərbə endirəcəyik", - deyə Netanyahu hərbçilərə müraciətində bildirib.

Qeyd edək ki, İsrail ordusunun Qəzzaya quru əməliyyatı üçün tam hazır olduğu bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31