UEFA-dan İsraillə bağlı QƏRAR
19 Oktyabr 2023 22:48 DünyaUEFA İsraildə beynəlxalq yarışların keçirilməməsinə qərar verib.
Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, qərar növbəti bildirişədək qüvvədə qalacaq. Buna səbəb Qəzza zolağında başverənlərdir.
Oktyabrın 26-da keçirilməsi planlaşdırılan Avropa Liqasının "Vilyarreal" (İspaniya) - "Makkabi" (Hayfa, İsrail) oyunu dekabrın 6-na, Konfrans Liqasının "Makkabi" (Təl-Əviv, İsrail) - "Zarya" (Ukrayna) qarşılaşması isə noyabrın 25-nə salınıb.
Hayfa "Makkabi"sinin U-19 komandası isə UEFA Gənclər Liqasında iştirakdan imtina edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31