“Meta”dan İsrail - Fələstin münqaişəsi ilə bağlı VACİB QƏRAR
19 Oktyabr 2023 22:20 DünyaABŞ-nin texnologiya şirkəti "Meta" sahibi olduğu feysbuk sosial platformasında İsrail-Fələstin münaqişəsi ilə bağlı zərərli məzmunun yayılması ilə əlaqədar müvəqqəti məhdudlaşdırıcı tədbirlər görəcək.
Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Meta"nın saytında açıqlama verilib.
Açıqlamada qeyd olunub ki, münaqişə zonasında paylaşılan postlara şərh yazılması məhdudlaşdıra və yalnız dostlar və ya izləyicilər üçün açıq ola bilər.
Meta bildirib ki, bu, yazılardakı təhqiredici şərhlərin görünməsini azaltmaq məqsədi daşıyır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31