4,4 milyon dollarlıq maska 157 dollara satıldı

Fransalı yaşlı bir cütlük Afrika incəsənətinə məxsus köhnə taxta maskasını 157 dollara satıb, sonra isə onun real dəyərinin 4,4 milyon dollar olduğunu öyrənib. Bundan sonra təqaüdçü cütlük antikvar satıcını məhkəməyə verib.

Olaylar.az gazeta.ru-a istinadən xəbər verir ki, yaşlı cütlük maskanı evi təmizləyərkən tapıb və onu yerli antikvar dükanına aparıblar. Satıcı maskanı 157 dollara almağa razılşıb. Bir neçə ay sonra cütlük qəzetlərin birində  maskanın əslində nadir əşya olduğunu və hərracda 4,4 milyon dollara satıldığını oxuyub.

Aldadıldıqlarını iddia edən cütlük satıcını məhkəməyə verib. Satıcı  iddia edib ki, o, Afrika incəsənəti sahəsində  mütəxəssis olmadığından özü də maskanın əsl dəyərini yalnız hərraca qoyulandan sonra öyrənib.
Məhkəmə  cütlüyün iddiasını qəbul edib və iş həll olunana qədər satıcının hesabına vəsaitin köçürülməsinə qadağa qoyulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31