Qazaxıstan AES-in tikintisi üzrə tərəfdaşla bağlı qərar qəbul etmək üçün vaxt çərçivəsini açıqlayıb - ÖZƏL

Qazaxıstan bu ilin sonuna kimi ölkənin ilk atom elektrik stansiyasının tikintisi üçün tərəfdaş barədə qərar verə bilər.

Bu barədə TASS Qazaxıstan Atom Elektrik Stansiyaları şirkətinin baş direktoru Timur Jantikinə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, indi potensial tərəfdaşların təkliflərini təfərrüatlandırmaq və layihənin maliyyələşdirilməsinin mümkün sxemlərini nəzərdən keçirmək lazımdır. Jantikin qeyd edib ki, Qazaxıstan gələcək stansiyada öz nüvə yanacağını istifadə etməyi gözləyir.

Atom elektrik stansiyasının tikintisi üçün ərazi kimi Almatı vilayətindəki ərazinin seçildiyi daha əvvəl bildirilmişdi. Mümkün texnologiya təchizatçıları Çin, Cənubi Koreya, Rusiya və Fransadır. Qazaxıstan prezidenti AES-in tikintisi məsələsinin geniş ictimai müzakirələrdən sonra ümumxalq səsverməsinə çıxarılmasını təklif edib.

Aprelin sonunda Rusiya və Türkiyə "Akkuyu" AES-in 1 nömrəli enerji blokuna nüvə yanacağının çatdırılmasını təşkil ediblər.

Bundan əvvəl Rusiya Federasiyasının AES-in beynəlxalq ixrac bazarındakı payı məlum idi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31