Şahramanyan tezliklə ictimaiyyətə açıqlama verəcək

Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Ordumuz tərəfindən Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra özünü buraxaraq İrəvana qaçmış "artsax prezidenti" Samvel Şahramanyan tezliklə ictimaiyyətə açıqlama verəcək.

Olaylar.az axar.az-a istinadən bildirir ki, bu barədə "artsax informasiya qərargahının" məlumatında deyilir.

Qeyd olunur ki, Şahramanyan yaxın vaxtlarda ictimaiyətə çıxışında müxtəlif məsələlərə toxunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31