Səlcuqlu sultanlarının heykəlləri hazırlanıb
19 Oktyabr 2023 18:57 DünyaTürkiyənin zəngin tarixə malik Konya vilayətində "Türk Səlcuqlu Hanedanlığı" adlı sərgi keçirilib. Olaylar.az ensonhaber-a istinadən xəbər verir. Sərgidə Anadolu Səlcuqlu Dövlətinin sülalə məzarından çıxarılan qalıqların DNT və anatomiya analizi nəticəsində 12-si sultan olmaqla 17 sülalə mənsubunun üz və bədən görünüşləri üzə çıxıb. Mədəniyyət və Turizm Müdirliyi tərəfindən 2017-ci ildə başlayan və 6 mərhələdən ibarət olan layihəni müxtəlif elm sahələrindən olan onlarla mütəxəssis tamamlayıb. Sərgi 1077-1308-ci illər arasında Anadoluya hökmdarlıq edən sultanların görünüşünü əks etdirən heykəllərdən ibarət olub və şəhərin mərkəzindəki Dar-ül Mülk Sərgi Mərkəzində keçirilib. Heykəllər əzəmətli duruşu və görünüşü ilə ziyarətçilərin diqqərini cəlb edib. Belə ki, hökmdarların üz ifadələri, saçları, saqqalları, duruşları və baxışları, geyimləri Anadolu Səlcuqlu dövlətinin memarlıq zənginliyini əks etdirib.
Sərgidə ziyarətçilərin oxuması üçün nəzərdə tutulan mətnlərdə layihənin hər bir mərhələsi ətraflı şəkildə izah edilib. Həmin məlumat mətnlərinə görə, hökmdarların məzarlarından çıxarılan qalıqların və fiziki bütövlüyü tamamlanan cəsədlərin tomoqrafiyası aparılıb, əldə edilən DNT və anatomik xüsusiyyətlərə uyğun olaraq sülalə üzvlərinin kəllə və üzləri yaradılıb. Növbəti mərhələdə saç, saqqal, qaş və bığ əzələ quruluşu və teksturasiyadan sonra qəliblərə alınan silikon tökmələrə köçürülüb. Paltarlar üçün isə dövrə aid parçalar şəxsi kolleksiyalardan və muzeylərdən götürülmüş nümunələrə əsasən toxunulub. Geyimlər miniatürlər və tarixi məlumatlar nəzərə alınmaqla dizayn edili, hər bir sultan və sülalə üzvünə uyğun tikilib.
Ziyarətçilər sərgi ilə bağlı xoş təəssüratlatını ifadə edərək bildiriblər ki, bu, insanların öz əcdadlarını xatırlaması və yad etməsi baxımından olduqca əhəmiyyətli təşəbbüs olub.