Uşaq bezi təyyarənin təcili enişinə səbəb olub - ÖZƏL
19 Oktyabr 2023 18:34 DünyaOlaylar.az gazeta.ru-a istinadən xəbər verir. ABŞ-da uşaq bezinin bomba ilə səhv salınması səbəbindən təyyarə təcili eniş etməli olub. Hadisə Copa Airlines şirkətinə məxsus təyyarənin Panama şəhərindəki Tocumen Beynəlxalq Hava Limanından Florida ştatının Tampa şəhərinə gedərkən baş verib. Belə ki, sərnişinlər bomba kimi görünən şübhəli əşya barədə stüardessalara məlumat veriblər. Bu məlumatdan sonra pilotlar hava limanına qayıdaraq təcili eniş etməli olublar.
Sərnişinlər evakuasiya edildikdən sonra təyyarəyə baxış keçirlib. Təhlükəsizlik işçiləri şübhəli bombanın uşaq bezi olduğunu aşkar ediblər. Əlavə yoxlamalardan sonra sərnişinlər təyyarəyə qaytarılıb və uçuşa icazə verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31