Ukraynada hərbi komissarlığa gəlməyənlərin bank kartları bloklanır - ÖZƏL

Olaylar.az xəbər verir ki, səfərbərlik vərəqəsi alan, lakin təyin olunmuş vaxtda hərbi komissarlığa gəlməyən ukraynalı çağırışçılar bank kartlarının bloklanması ilə üzləşməyə başlayıblar. Bu barədə vəkil Vladimir Krekotnya məlumat yayıb.

Çağırış vərəqəsi hətta şəxsi çatdırılmadan sadəcə poçt qutusuna atılmış olsa belə, verilmiş sayılır.

"Bu qərar qanunsuz olacaq, çünki qanun pozuntusuna dair sübutlar olmadığı halda qəbul edilib", deyə vəkil qeyd edib. Bununla belə, hərbi komissarlıqlarda heç kimin bununla maraqlanmadığını əlavə edib.

Bloklamalarla bağlı hələlik rəsmi şərh verilməyib.

Oktyabrın 14-də Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları Komandanlığının ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Vladimir Fityo bildirib ki, Ukraynada hərbi xidmətə cəlb olunanların hamısı  müstəqil şəkildə hərbi komissarlıqlara gələrək, məsələni aydınlaşdırmalıdırlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31