ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus USS Carney gəmisi Süveyş kanalından keçir - ÖZƏL
19 Oktyabr 2023 17:24 Dünya"Təhlükəsizliyi təmin etmək üçün Yaxın Şərqə göndərilən ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus raket esminesi "USS Carney" Süveyş kanalından keçib".
Olaylar.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının mətbuat xidməti məlumat yayıb.
"Arleigh Burke sinifli idarə olunan raket esminesi USS Carney (DDG 64) oktyabrın 18-də Süveyş kanalında tranzitdədir. Carney regional sularda dəniz təhlükəsizliyi və sabitliyi təmin etmək üçün Yaxın Şərqə göndərilib" - bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31