BMT TŞ zibil qutusuna atılmış bir qurumdur - TBMM sədri

BMT Təhlükəsizlik Şurası (TŞ), demək olar, zibil qutusuna atılmış bir qurumdur.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Kocali Universitetinin yeni tədris ilinin açılış mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, bu təşkilat funksiyalarını yerinə yetirmir: "Bu gün "beynəlxalq hüquq", "müharibə cinayətləri" termini mənasını itirib. Bu gün BMT TŞ müharibələrə, ayrı-ayrı regionlardakı hərbi toqquşmalara tamamilə laqeyd yanaşır.

BMT hansı müharibəni dayandırıb? Rusiya ilə Ukrayna arasında davam edən savaşı dayandıra, müharibə cinayətlərinin qarşısını ala bildimi? Yox".

Məqalədə:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31