İordaniya və Misir Qəzzadan olan qaçqınları qəbul etməyəcək - ÖZƏL

Olaylar.az xəbər verir ki, İordaniya kralı II Abdullah bin Hüseyn və Misir prezidenti Əbdül Fəttah Xəlil əs-Sisi Qəzza zolağının əhalisinin ölkələrinə köçürülməsi cəhdlərinə qarşı olduqlarını təsdiqləyiblər. 

"Qahirədə genişlənmiş danışıqların ardınca ikitərəfli danışıqlar zamanı  iki lider qəzzalıların İordaniya və ya Misirə zorla köçürülməsi cəhdlərinə qarşı olduqlarını bildiriblər ", - deyəhesabatda deyilir.

İki ölkə liderləri də Qəzza zolağında müharibənin dərhal dayandırılması, mülki əhalinin müdafiəsi, blokadanın aradan qaldırılması və ora humanitar yardımların çatdırılması çağırışını təkrarlayıb.

Oktyabrın 13-də BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik bildirib ki, İsrail bir gün ərzində 1,1 milyon fələstinlinin Qəzza zolağının cənubuna təxliyyə edilməsi zərurəti barədə təşkilata məlumat verib. Bununla belə, BMT belə bir addımın mümkün humanitar nəticələri ilə bağlı narahatlığını ifadə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31