Abxaziya ölkənin Belarus tərəfindən tanınması şansını dəyərləndirib - ÖZƏL

Olaylar.az xəbər verir ki, Abxaziya prezidenti Aslan Bjaniya bildirib ki , Abxaziya ilə Belarus arasında qarşılıqlı əlaqənin qurulması Suxum üçün mühüm rol oynayır. Onun sözlərinə görə, respublika öz müstəqilliyinin Minsk tərəfindən tanınması istiqamətində çalışır.

"Belarusun Abxaziyanı tanımağa hazır olduğunu söyləmək hələ tezdir, lakin bu istiqamətdə iş gedir". 

O, əlavə edib ki, Abxaziya Rusiya ilə müttəfiqlik münasibətlərini gücləndirməyə çalışır. Lakin heç kim onu Rusiya Federasiyası və Belarusun ittifaq dövlətinə sürükləməyə çalışmır . Bjaniya vurğulayıb ki, mümkün inteqrasiya məsələsini abxaz xalqı həll edəcək.
"Biz müttəfiqlik münasibətlərini gücləndirməliyik, amma vaxtı gələndə məsələni burada, Abxaziyada həll edəcək - bunu parlamentdə, xalq həll edəcək... Hələ məsələ qaldırılmayıb, hər şey hazırlanır. Mövcud fobiyaları aradan qaldıracağıq, istənilən addım Abxaziya sakinlərinin maraqlarını təmin etməyə yönəldiləcək", - deyə Bjaniya yekunlaşdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31