Fransada olan haqq və hüquq bizə tətbiq edilmir - Korsika Liber partiyasının üzvü
19 Oktyabr 2023 16:03 DünyaKorsikada hüquq məhdudiyyətləri var. Fransada olan haqq və hüquq bizə tətbiq edilmir.
Olaylar.az xəbər verir ki, bu barədə Trend-in sualına cavab olaraq, Korsika Liber partiyasının üzvü Fransua Benedet mətbuat konfransı zamanı deyib.
O qeyd edib ki, Fransada olan məhbuslar hələ də ailələri ilə görüşə bilmirlər.
"Korsikada hələ də insan hüquqları tətbiq edilmir. Hətta keçmişdə bizim öz konstitusiyamız olanda belə Fransa bunu qəbul etmir, qırğınlar törədirdi",- deyə o, əlavə edib.
Qeyd edək ki, sabah Bakıda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə "Neokolonizalizm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik" adlı beynəlxalq konfrans keçiriləcək.
Bakı Təşəbbüs Qrupu (BTQ) Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 6 iyul 2023-cü ildə Bakıda "Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru" adlı konfransın iştirakçıları tərəfindən yaradılıb.
BTQ XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.