Fələstinli həkim dünyaya çağırış etdi - ÖZƏL

İsrail və HƏMAS qüvvələri arasında oktyabrın 7-də başlayan gərginlik gündən-günə artmaqdadır. Artıq 13 gündür ki, Qəzza amansız hücumların hədəfinə çevrilib. Uşaq, qadın və mülki şəxslərin də hədəfə alındığı  bu hücum nəticəsində yüzlərlə dinc sakin həyatını itirib. 
Olaylar.az ensonhaber.com-a istinadən xəbər verir. İsrail ordusu gecə saatlarında Qəzza zolağının cənubundakı Xan Yunus şəhərinin şərqindəki bir evə hücum edib. Hücum zamanı aralarında qadın və uşaqların da olduğu 10 nəfər ölüb, onlarla insan yaralanıb. Bombalanan evə təcili yardım maşınları və mülki müdafiə qrupları cəlb olunub.  Həyatını itirənlərin cəsədləri və yaralılar Qəzza Avropa Xəstəxanasına aparılıb. Xəstəxananın direktoru Dr. Yusuf Əl Akkad hücumda həyatını itirən 6 uşağın dəfn mərasimi qarşısında açıqlama verib.  Fələstinli həkim uşaqların  öldürülməsinə "Ey dünya, bu soyqırımı görmürsənmi?" deyə reaksiya bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31