Yaşar Gülər iranlı həmkarı ilə regional məsələləri müzakirə etdi

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər və İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi general Məhəmməd Baqeri arasında telefon danışığı olub.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, məlumatı Türkiyə Milli Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, danışıqlar zamanı bölgədəki son hadisələr başda olmaqla, ikitərəfli və regional məsələlər müzakirə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31