Bayden İsraildə dünyaya gəldiyini açıqladı

Bayden İsraildə doğulsaydı, ABŞ dövlətinin başçısı seçilə bilməzdi.

Olaylar.az axar.az-a istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova Baydenin İsraildə anadan olması ilə bağlı açıqlamasını şərh edərkən bildirib.

"Bayden indicə İsraildə doğulduğunu söylədi. Bu o deməkdir ki, o, ABŞ prezidenti seçilə bilməyib. Rusiyanın Amerika seçkilərinə "müdaxiləsi" getdikcə daha da təkmilləşir", - diplomat vurğulayıb.

Zaxarova eyni zamanda bildirib ki, ictimaiyyətə açıq məlumatlar var ki, Bayden 1942-ci il noyabrın 20-də Pensilvaniyada anadan olub, İsrail dövləti isə 1948-ci ildə yaradılıb.

Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden Təl-Əvivə səfəri zamanı İsraildə dünyaya gəldiyini və doğumundan sonra İsrail dövlətinin yaradıldığını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31