Türkiyə və İran XİN başçıları görüşüblər

Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Hüseyn Əmirabdullahianla görüşüb.

Olaylar.az milli.az-a istinadən xəbər verir ki,bu barədə Türkiyənin xarici siyasət idarəsinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, görüş Səudiyyə Ərəbistanının ikinci böyük şəhəri Ciddədə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İcraiyyə Komitəsinin nazirlər səviyyəsində növbədənkənar iclası çərçivəsində baş tutub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00