Dnepropetrovsk vilayətində partlayışlar barədə məlum olub - ÖZƏL
18 Oktyabr 2023 22:32 DünyaUkraynanın Dnepropetrovsk vilayətində partlayışlar baş verib.
Olaylar.az xəbər verir ki, bu barədə Ukraynanın "Klymenko Time" nəşri yazır.
Hələlik təfərrüatlar yoxdur.
Oktyabrın 18-də axşam saatlarında Nikolaevdə partlayışlar barədə məlumat yayılıb.
Oktyabrın 16-da Ukraynanın Kropivnitski (keçmiş adı Kirovoqrad) və Poltava vilayətinin Mirqorod şəhərlərində, həmçinin Kiyevin nəzarətində olan Zaporojye şəhərində silsilə partlayışların baş verdiyi bildirilib.
Elə həmin gün Ukraynanın Dnepr şəhərində (keçmiş adı Dnepropetrovsk kimi tanınırdı) partlayışlar barədə məlumat yayılıb.
Mövcud məlumatlara görə, 2022-ci il oktyabrın 10-da, yəni Krım körpüsündə terror aktından iki gün sonra Rusiya Silahlı Qüvvələri Ukrayna infrastrukturuna zərbələr endirməyə başlayıb. O vaxtdan bəri hər gün Ukraynanın müxtəlif bölgələrində, bəzən hətta bütün ölkə ərazisində hava hücumu xəbərdarlığı elan edilir. Hücumlar ölkənin hər yerində enerji, müdafiə, hərbi və rabitə sektorundakı hədəflərə həyata keçirilir.
Bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin döyüşçüsü Ukraynadakı münaqişənin səbəblərini anlamadığını bildirmişdi.