ABŞ Qəzza zolağına 100 milyon dollar yardım ayıracaq
18 Oktyabr 2023 21:36 DünyaABŞ Prezidenti Co Bayden həm Qəzza zolağı, həm də İordan çayının qərb sahilindəki mülki şəxslər üçün 100 milyon dollar yardım ayıracağını bildirib.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
"Bu pul münaqişə nəticəsində didərgin düşmüş bir milyondan çox fələstinliyə, eləcə də Qəzza zolağında fövqəladə ehtiyaclara dəstək olacaq", - deyə ABŞ prezidenti qeyd edib.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə ölənlərin sayı 1400-ü keçib, 4475-dən çox adam yaralanıb. Ərazidə 1300-dən çox bina dağılıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31