“Ababeel” ballistik raketi sınaqdan keçirildi

Pakistan "Ababeel" (Əbabil) orta mənzilli ballistik raketini uğurla sınaqdan keçirib.

Olaylar.az milli.az-a istinadən bildirir ki, bu barədə Pakistan Müdafiə Nazirliyi məlumat yayıb.

"Sınaqlar regionda strateji sabitliyi gücləndirmək üçün nəzərdə tutulub. "Ababeel" raketinin texniki parametrlərini araşdırılıb", - deyə qeyd olunub.

"Ababeel" qonşu Hindistanda raketlərin inkişafına cavab olaraq hazırlanıb.

Onun uçuş məsafəsi 2200 kilometrə qədərdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31