Fransada bomba həyəcanı: 6 hava limanı boşaldılıb
18 Oktyabr 2023 17:48 DünyaFransada bomba təhdidləri və hücum təhlükəsi səbəbiylə 6 hava limanı boşaldılıb. Bu barədə olaylar.az ensonhaber.com-a istinadən xəbər verir ki,Fransa Mülki Aviasiya Baş İdarəsi Lil, Bron, Nitsa, Nant, Tuluza və Beauvais hava limanlarından heç bir təyyarənin qalxmadığını və növbəti xəbərdarlığa qədər uçuşların dayandırıldığını açıqlayıb.
Xəbərə görə, bu gün səhər saatlarında polis rəsmiləri sözügedən hava limanları üçün elektron poçt vasitəsilə bomba və hücum bildirişləri alıb. Xəbərdarlıqların ardından təhlükəsizlik qrupları tərəfindən hava limanlarında bomba axtarışları aparılıb. Hava limanına enən təyyarələrdə olan sərnişinlərin terminala daxil olmasına icazə verilməyib, terminalda olan sərnişinlər çıxış qapılarına yönəldirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31