Qəzzada xəstəxananın MK-84 bombası ilə vurulması ehtimal olunur

Olaylar.az trthaber-ə istinadən xəbər verir ki, İsrailin Qəzzada Əl-Əhli Baptist Xəstəxanasına olan hücumunu K-84 bombası ilə həyata keçirdiyi ehtimalı güclənir.  Müdafiə texnologiyaları üzrə mütəxəssis Dr. Arif Emre Örün texniki məlumatlara və görüntülərə əsaslanaraq onların qiymətləndirmələri haqqında məlumat verib. Hava hücumundan müdafiə sistemi mühəndisliyi sahəsində çalışan Örün İsrailin Qəzzaya istiqamətli hücumlarında tam olaraq məhv etməyi hədəflədiyini qeyd edib. Bu səbəbdən bir anda ən çox ziyana səbəb olacaq MK seriyalı bombalardan istifadəyə üstünlük verib. Mütəxəssis bu sursatlardan istifadənin məqsədyönlü olduğunu  həm də Qəzzada hava hücumundan müdafiə sisteminin olmaması ilə əlaqələndirir. Örün, həmçinin, bildirib ki, hücumu HƏMAS-ın həyata keçirməsi ilə bağlı deyilənlər dezinformasiyadır. O, bu fikrini partlayışın şiddəti ilə bağlı texniki analizin nəticəsi ilə əsaslandırır. Belə ki, texniki analizdən sonra hücümün HƏMAS-ın sahib olduğu texnologiya ilə həyata keçirilə bilməyəcəyi aydın olub. "HƏMAS-ın hazırladığı raketlər yerdən atılır, əksəriyyəti bərk yanacaqlı raket mühərriklərindən ibarətdir"- deyə mütəxəssis bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31