Fransanın böyük aeroportları boşaldıldı
18 Oktyabr 2023 15:49 DünyaFransanın 6 böyük hava limanı partlayış təhdidləri daxil olduqdan sonra boşaldılıb.
Olaylar.az xəbər verir ki, bu barədə "BFM TV" telekanalı polisdəki mənbəyə istinadən məlumat verib.
Məlumata görə, Lill, Tuluza, Nant, Bron, Nitsa, Bove hava limanları partlayış təhdidləri alıb. Bundan başqa, Nitsa aeroportunda şübhəli bağlama barədə xəbərdarlıq daxil olub.
Beləliklə, müvafiq hava limanları təcili olaraq boşaldılıb və axtarış işləri aparılır.
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31