Rusiyada nüvə sınaqlarını qadağan edən müqavilənin ratifikasiyası geri çağırıldı

Rusiya Dövlət Duması Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsinin ratifikasiyasının geri çağrılması barədə qanunu 3-cü oxunuşda qəbul edib.

Olaylar.az xəbər verir ki, müvafiq qanun Dövlət Dumasının plenar iclasında qəbul olunub.

Xatırladaq ki, müvafiq qanun layihəsi Rusiya Dövlət Dumasına oktyabrın 13-də təqdim olunub. Bir müddət əvvəl Rusiyanın nüvə sınaqlarına qadağa haqqında sazişin ratifikasiyasını geri götürmək planları ilə bağlı məlumatlar fonunda açıqlama verən NATO-nun Baş katibi Yens Stoltenberq təşkilatın nüvə sınaqlarını bərpa etmək niyyətində olmadığını açıqlayıb.

Qeyd edək ki, Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsi 1996-cı il sentyabrın 24-də BMT Baş Assambleyası tərəfindən təsdiq olunub. Müqavilə nüvə yüklərinin sınaq partlayışlarını, həmçinin dinc məqsədlər üçün nüvə partlayışlarını qadağan edir.

Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31