Trabzonda turizm gəlirləri fındıq gəlirlərini üstələyib- ÖZƏL

Trabzonun turizm gəliri 1 milyard dolları keçib. Bu barədə Olaylar.az ensonhaber.com-a istinadən xəbər verir. Şərqi Qara dəniz bölgəsində dünya fındıq istehsalı və ixracına görə fərqlənən Trabzon şəhərində fındıq istehsalında gəlir itkisi qeydə alınıb. Belə ki, ağaclar yaşlılıq və bağlarda yayılmış  böcəklər səbəbiylə məhsuldarlığını azaldıb, nəticədə bu sahədə məhsul itkisi yaranıb. Fındıq istehsalındakı iqtisadi itkilərin əksinə şəhərin turizm sahəsində xüsusi canlanma müşahidə olunub. Başda Körfəz ölkələrindən olmaqla son 9 ayda 1 milyondan çox turistin şəhərə axını nəticəsində  bu sahədə 1 milyard dollar gəlir əldə edilib. Trabzon  Mədəniyyət və Turizm Müdiri Tamer Ərdoğan  hazırda turizmdə Trabzonun brend şəhər olduğunu  vurğulayıb. Bununla belə fındıq və turizmin rəqabət aparmadığını qeyd edən Ərdoğan hər iki sahənin inkişafının önəmindən danışıb. O bildirib ki, fındıq istehsalı kənd təsərrüfatı ilə məşğul olan fermerlər üçün əhəmiyyətli bir gəlir mənbəyidir və Trabzonun markasıdır. Turizm isə ayrı bir sahədir. Təbii ki, fındıq istehsalı da davam edəcək, hər iki sahə paralel olaraq inkişaf etdiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31