HƏMAS-ın hücumu zamanı yaralanan İsrail vətəndaşlarının sayı 4500-ə çatır

HƏMAS-ın hücumu nəticəsində ən azı 4475 İsrail vətəndaşı yaralanıb.

Olaylar.az xəbər verir ki, bu barədə İsrailin Səhiyyə Nazirliyi məlumat yayıb.

"İndiyədək 4475 xəsarət alan vətəndaş xəstəxanalara çatdırılıb", - məlumatda deyilir.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə ölənlərin sayı 1400-ü keçib, 4475-dən çox adam yaralanıb. Ərazidə 1300-dən çox bina dağılıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.

Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31