İraqda ABŞ-ın hərbi bazaları atəşə tutulub - ÖZƏL

Olaylar.az xəbər verir ki, xəbər verir ki, ABŞ ordusu İraqdakı hərbi bazasına PUA-nın hücumunun qarşısını alıb.

"ABŞ ordusu çərşənbə günü səhər tezdən İraqdakı qüvvələrinə qarşı hücumun qarşısını almaq üçün iki pilotsuz uçan aparatı vura bilib", - deyə məlumatda deyilir.

Hazırda Pentaqon İraqdakı hərbi bazaya pilotsuz təyyarələrdən istifadə etməklə hücum cəhdinin arxasında kimin olduğunu bilmir.

Bundan əvvəl İraqın baş naziri Məhəmməd əl-Sudani Rusiya prezidenti Vladimir Putindən fələstinlilərlə israillilər arasında atəşkəs elan etməsini istəyib.

Bir gün əvvəl əl-Sudani ilə danışıqlar zamanı Putin İsraildə vəziyyətin pisləşməsindən təəssüfləndiyini bildirib  və bunu ABŞ-ın Yaxın Şərq siyasətinin uğursuzluğunun bariz nümunəsi adlandırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31