Çinə səfər edən Putindən İLK AÇIQLAMA

"İndiki çətin şəraitdə Çinlə sıx xarici siyasət koordinasiyasına ehtiyacımız var".

Olaylar.az bildirir ki, bunu Rusiya prezidenti Vladimir Putin Çin sədri Si Cinpinlə danışıqlar zamanı deyib. O, səfər çərçivəsində nələrin müzakirə ediləcəyindən söz açıb.

"Bu gün biz hər şeyi müzakirə edəcəyik. Eyni zamanda, ikitərəfli münasibətlər də masada olacaq", - Rusiya lideri bildirib.

O, Çin xalqını respublikanın yaranmasının 74-cü ildönümü münasibətilə də təbrik edib: "Gələn il həm sizin, həm də ölkələrimiz arasında diplomatik münasibətlərin yubiley ili olacaq".

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin oktyabrın 17-də Çinə səfər edib.

Sfera.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31