Ukrayna ilə bağlı görüş İstanbulda olmayacaq - ÖZƏL
18 Oktyabr 2023 12:27 DünyaOlaylar.az xəbər verir ki, Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Dmitri Kuleba bildirib ki, böhranın həlli, Ukraynanın "sülh planını müzakirə etmək üçün beynəlxalq görüş oktyabrın sonunda baş tuta bilər.
Bundan əvvəl Türkiyənin oktyabrda Ukrayna ilə bağlı yeni beynəlxalq toplantı hazırladığı məlum idi . Görüş yeri olaraq İstanbul seçilmişdi.
"Görüş təsdiqlənib və oktyabrın sonunda baş tutacaq. Lakin yer fərqli olacaq və bunu müəyyən etmək lazımdır", - deyə ukraynalı nazir izah edib.
Kuleba görüşün dəqiq harada keçirilə biləcəyini açıqlamayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31