Rusiyalı diplomat Qəzzada xəstəxanaya hücumu cinayət əməli kimi pisləyib - ÖZƏL

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Qəzzada xəstəxanada baş verən güclü partlayışı cinayət əməli kimi pisləyib.
"Təbii ki, biz belə ölümcül hücuma cinayət kimi baxırıq", - Zaxarova bildirib.
O, İsrailin Qəzza xəstəxanasına hücumunda iştirak etmədiyinə dair sübutlar istəmişdi. 

"İsrail təkcə media orqanlarında və ya sosial mediada şərh verməməli, sübut təqdim etməlidir", o əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31