Qəzzaya səhiyyə xidməti göstəriləcək
18 Oktyabr 2023 10:55 DünyaTürkiyə Qəzzaya səhiyyə xidməti göstərmək üçün hərəkətə keçib. Olaylar.az ensonhaber.com-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Səhiyyə naziri Fahrettin Koca məlumat verib. O, nazirliyin Qəzzada səhiyyə xidmətlərinin göstərilməsi üçün beynəlxalq danışıqlar apardığını və fələstinli qadın və uşaqların heç vaxt tək buraxılmayacağını qeyd edib.
Məlumdur ki, oktyabrın 7-də başlayan Fələstin-İsrail müharibəsində zorakılıq gündən-günə artmaqdadır. 12 gündür blokadada olan Qəzzada gecə saatlarında hücum törədilib. Əhli Baptist Xəstəxanası vurulub, nəticədə yüzlərlə insan yaralanıb və həlak olub.
Türkiyə Səhiyyə naziri Fahrettin Koca sosial media hesabından açıqlama verərək bildirib ki, o, məsələ ilə bağlı bir çox beynəlxalq həmsöhbətləri ilə telefon danışıqları aparıb və insan sağlamlığına xidmət edən qurumları bu amansızlığa cavab verməyə çağırıb. Nazir Türkiyənin məsələ ilə bağlı səhiyyə xidmətləri göstərməyə və bu xidməti həyata keçirməyə hazır olduğunu vurğulayıb. Qeyd edib ki, Türkiyə olaraq bölgəyə Gəmi Xəstəxanası göndərməyə və ya Qəzzada və ya yaxın nöqtələrdə Sahə Xəstəxanaları qurmağa, onların vasitəsilə fələstinli qardaş və bacılarımıza sağlamlıq xidməti göstərməyə və bu xidməti həyata keçirməyə hazırıq.