Britaniyada terror XƏBƏRDARLIĞI

Kəşfiyyat xidmətləri Fələstin-İsrail münaqişəsinin kəskinləşməsinin Böyük Britaniyada terror aktlarına səbəb ola biləcəyini etiraf edib.

Olaylar.az report-a istinadən xəbər verir ki, bunu "Sky News"a müsahibəsində Britaniyanın "MI5" əks-kəşfiyyat xidmətinin rəhbəri Ken Makkallum deyib.

"Təəssüf ki, karyeram boyu Yaxın Şərqdəki hadisələr tez-tez Avropa və Böyük Britaniyaya təsir edib. Mənim komandam Yaxın Şərqdəki hadisələrin Böyük Britaniyadakı bəzi insanları hansısa hücuma cəhd etməyə sövq edəcəyi ehtimalına tamamilə hazırdır", - deyə o bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31