Bu hücum 11 sentyabr teraktından daha böyük idi

Oktyabrın 7-də HƏMAS radikallarının İsrailə sızması və israillilərin ölümünə səbəb olması 2001-ci il sentyabrın 11-də ABŞ-da törədilən terror aktlarından daha böyük fəlakət idi.

Olaylar.az xəbər verir ki, bu açıqlama ilə İsrail Baş naziri Benyamin Netanyahu çıxış edib.

"Bacarsalar, hər birimizi öldürərdilər. Sadəcə olaraq, onların imkanları yoxdur, lakin çox sayda - 1300 mülki vətəndaşı öldürüblər. Odur ki, biz HƏMAS-ı məğlub etmək üçün hərəkətə keçməliyik və bunun bir daha təkrarlanmamasına əmin olmalıyıq", - Netanyahu qeyd edib.

Sfera.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31