Misir Qəzzaya humanitar yardımın çatdırılması ilə bağlı İsraillə danışıqları davam etdirir
17 Oktyabr 2023 21:51 DünyaMisir hələ də humanitar yardım və yanacaq karvanlarının Rəfah və Kerem-Şalom keçid məntəqələri vasitəsilə Qəzza zolağına buraxılması üçün İsraillə danışıqlar aparır.
Olaylar.az trend-ə istinadən xəbər verir ki, bu "Associated Press" nəşri Misirin yüksək rütbəli rəsmisinə istinadən bildirib.
"İsrail bütün yardım göndərişlərini yoxlamaqda israr edir və yardımın HƏMAS-a fayda verməyəcəyinə dair təminat istəyir", - deyə qeyd olunub.
Bildirilib ki, tərəflər Qəzza zolağında olan xarici pasport sahiblərinin anklavdan Misirə getməsinə icazə verilməsi imkanlarını müzakirə edirlər. Misir tərəfi gediş prosesinə Misir və BMT təhlükəsizlik xidmətləri tərəfindən nəzarət edilməsini təklif edir, lakin İsrail hələ ki, cavab verməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31