Aİ Şurası nüvə sazişi çərçivəsində İrana qarşı sanksiyaları ləğv etməkdən imtina edib - ÖZƏL

Olaylar.az xəbər verir ki, Avropa İttifaqı İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı çərçivəsində nəzərdə tutulduğu kimi, oktyabrın 18-dən sonra İrana qarşı sanksiyaları ləğv etməkdən imtina edib . 
"Şura İrana qarşı nüvə silahlarının yayılmaması rejimi çərçivəsində məhdudlaşdırıcı tədbirlərin davam etdirilməsi üçün lazımi addımların atılmasına qərar verib", - deyə bəyanatda deyilir.
Qeyd olunur ki, Şura sazişə uyğun olaraq planlaşdırıldığı kimi oktyabrın 18-də məhdudiyyətlərin aradan qaldırılması üçün məcburi səbəblər tapıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31