Əcnəbinin baqajından nəsli kəsilməkdə olan ayının cəsədi tapılıb - ÖZƏL
17 Oktyabr 2023 16:43 DünyaOlaylar.az xəbər verir ki, Altayda nəsli kəsilməkdə olan qonur ayının kəsilmiş cəsədi onu xaricə aparmaq istəyən əcnəbinin avtomobilinin yük yerindən tapılıb. Bu barədə Rusiya Federal Gömrük Xidməti məlumat yayıb.
Qazaxıstan vətəndaşı nəsli kəsilməkdə olan qonur ayının dərisini, başını, pəncələrini və digər hissələrini vətəninə aparmaq istəyərkən Kulunda keçid məntəqəsi yaxınlığında saxlanılıb.
"Gömrükçülər avtomobilin yük yerindən donmuş ayı hissələri, həmçinin heyvan əti aşkar ediblər", - deyə idarədən bildirilib.
Adamın belə yüklərin xaricə çıxarılmasına icazə verən sənədləri olmayıb. Hadisə əsasında müfəttişlər qaçaqmalçılıq maddəsi ilə cinayət işi açıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31