Bu ölkə vətəndaşları maliyyə əməliyyatlarına görə şəxsiyyətlərini təsdiqləməyəcək - ÖZƏL
17 Oktyabr 2023 16:32 DünyaOlaylar.az xəbər verir ki, Rusiya hökuməti vətəndaşlarının Rusiyada maliyyə əməliyyatlarını həyata keçirmək üçün şəxsiyyətini təsdiqləmədən keçə biləcəkləri 25 ölkənin siyahısını təsdiqləyib.
Müvafiq sərəncamı Rusiyanın baş naziri Mixail Mişustin imzalayıb. Siyahıya MDB ölkələri ilə yanaşı, Əlcəzair , Bəhreyn, Braziliya, Misir, Hindistan, İndoneziya, Qətər, Çin, Küveyt, Malayziya, Monqolustan, BƏƏ, Oman, Pakistan, Səudiyyə Ərəbistanı, Tacikistan, Tailand və Türkiyə daxildir.
Bu siyahının qəbulu əcnəbilərin Rusiyada maliyyə xidmətlərinə çıxışını asanlaşdıran qanunun icrası üçün zəruridir. Əvvəllər bunun üçün ölkədə şəxsi iştirak tələb olunurdu. İndi prosedur uzaqdan başa çatdırıla bilər.
Dəyişikliklər kredit təşkilatlarına və qiymətli kağızlar bazarının peşəkar iştirakçılarına başqa dövlətin vətəndaşı və ya xarici hüquqi şəxs olan müştərinin müəyyən edilməsini və ya həmin müştəri haqqında məlumatın yenilənməsini xarici banka və ya digər xarici maliyyə bazarı təşkilatına həvalə etmək hüququ verir.