Rusiya dəniz yolu ilə neft ixracını artırır - ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ-ın Rusiya neftini daşıyan tankerlərə qarşı sanksiyalarına baxmayaraq, Rusiya neftinin dəniz yolu ilə tədarükü yenidən artmağa başlayıb.
Məlumata görə, Rusiya neftinin dəniz yolu ilə ixracı son bir həftədə əvvəlki həftə ilə müqayisədə gündəlik 285 min barel artaraq gündəlik 3,51 milyon barrelə çatıb. Dörd həftəlik orta göstərici də iyulun əvvəlindən bu yana ən yüksək səviyyəyə qalxaraq gündəlik 3,36 milyon barel təşkil edib.
Artım Qara dənizdən daşımaların artması və Murmanskdan tədarükün bərpası fonunda baş verib  . Bununla yanaşı, Rusiya ümumilikdə Səudiyyə Ərəbistanı ilə hasilatı sutkada 300 min barel azaltmaq barədə razılaşmaya əməl edir.
Vaşinqton Rusiya neftinin barelinin qiyməti 60 dollardan yuxarı olan BƏƏ və Türkiyənin iki tankerinə qarşı sanksiyalar tətbiq edib . Bununla belə, ekspertlər hesab edirlər ki, bu tədbirlər çətin ki, bazar iştirakçılarını qorxutsun.
Sentyabrın sonunda ABŞ Rusiya Federasiyasından neft qiymətləri ilə bağlı tavanın gözlənildiyi kimi işləmədiyini açıqladı .

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31