Rusiyada işlənmiş avtomobillərin satışı artıb — ÖZƏL
17 Oktyabr 2023 15:15 DünyaRusiyada işlənmiş avtomobil satışları 2023-cü ilin sentyabrında illik müqayisədə 10,9% artaraq 509,5 minə çatıb.
Olaylar.az xəbər verir ki, bu barədə məlumatı Autostat analitik agentliyi verib.
2023-cü ilin yanvar-sentyabr aylarında Rusiyada ümumilikdə 4,3 milyon işlənmiş avtomobil satılıb ki, bu da 2022-ci ilin analoji dövrü ilə müqayisədə 23,6% çoxdur.
"2023-cü ilin sentyabrında ruslar 509,5 min işlənmiş avtomobil alıb. Bu, ötən ilin analoji ayı ilə müqayisədə 10,9% çoxdur", - agentlik bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31