Rusiyanın iki Tu-95MS strateji bombardmançı təyyarəsi Yapon dənizi üzərində planlı uçuş həyata keçirir - ÖZƏL
17 Oktyabr 2023 15:14 Dünya"Rusiyanın iki Tupolev Tu-95MS strateji raketdaşıyan bombardmançı təyyarəsi beynəlxalq qaydalara ciddi riayət etməklə Yapon dənizinin neytral suları üzərində planlı uçuş həyata keçirib".
Olaylar.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi verib.
"Uzun mənzilli aviasiyanın iki Tu-95MS strateji raketdaşıyan bombardmançı təyyarəsi Yapon dənizinin neytral suları üzərindəki hava məkanında planlı uçuş həyata keçirib. Uçuş yeddi saata yaxın davam edib. Aerokosmik Qüvvələrin Su-35S təyyarələri qırıcılara dəstək verib", - nazirlikdən bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31