Bu ölkə Rusiya ilə sərhəddə hasar TİKƏCƏK
17 Oktyabr 2023 14:43 DünyaFinlandiya 2024-cü ilin qışında Rusiya ilə sərhəddə hasarın tikintisinə başlayacaq.
Olaylar.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı Finlandiya Sərhəd Mühafizəsi yayıb.
Finlandiya hökuməti 2023-cü ildə hasarın tikintisi üçün 139 milyon avro ayırıb. Sərhədçilərin fikrincə, bu məbləğ təxminən 70 kilometr uzunluğunda səddin tikintisinə kifayət edəcək.
Bunun 52 kilometri sərnişin axını baxımından ən populyar sərhəd-keçid məntəqələrinin yerləşdiyi Finlandiyanın cənub-şərqində, səkkiz kilometri Şimali Kareliyada, beş kilometri isə Kainuu və Laplandiyada yerləşəcək.
Səlahiyyətlilər hələlik konkret tikinti sahələrinin adını çəkməyib. Bildirilib ki, torpaq mülkiyyətçiləri noyabr ayında əlavə bildirişlər alacaqlar.
Sfera.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31