Rusiya vətəndaşlarının Türkiyədə aldıqları daşınmaz əmlakın sayı açıqlandı

2023-ci ilin yanvar-sentyabr aylarında Rusiya vətəndaşları Türkiyədə 8 min 683 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə min 628 obyekt azdır.

Olaylar.az xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib.

Məlumata görə, bu ilin sentyabr ayında Rusiya vətəndaşları Türkiyədə 722 daşınmaz əmlak alıblar ki, bu da 2022-ci ilin sentyabr ayı ilə müqayisədə 574 obyekt azdır.

Qeyd edək ki, 2023-cü ilin sentyabr ayında Türkiyədə 102 min 656 mənzil satın alınıb ki, bu da 2022-ci ilin sentyabr ayı ilə müqayisədə 9,5 faiz azdır.

Məlumata görə, 2023-cü ilin yanvar-sentyabr aylarında Türkiyədə 900 min 74 mənzil satın alınıb.

"Bu göstəricilər 2022-ci ilin eyni dövrü ilə müqayisədə 14,9 faiz azdır", - deyə nazirlikdən qeyd edilib.

2023-cü ilin sentyabr ayında Türkiyədə xarici vətəndaşlara 2 min 930 mənzil satılıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 42 faiz azdır.

Eyni ilin yanvar-sentyabr aylarında əcnəbi vətəndaşlar Türkiyədən 28 min 64 mənzil alıblar ki buda keçən ilin eyni dövrü ilə müqayisədə 43,5 faiz azdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31