İsrail səfirliyi HƏMAS-ın hücumları nəticəsində həlak olan azərbaycanlılarla bağlı başsağlığı verib
17 Oktyabr 2023 11:28 Dünyaİsrailin Azərbaycandakı səfirliyi HƏMAS-İsrail müharibəsində həlak olan azərbaycanəsilli şəxslərlə bağlı başsağlığı verib.
Olaylar.az xəbər verir ki, bu barədə səfirliyin "X" sosial şəbəkə hesabında paylaşım edilib.
"Vətənini müdafiə etmək üçün canlarını qurban verən əslən azərbaycanlı olan cəsur israillilərlə bağlı başsağlığı veririk",-paylaşımda qeyd olunub.
Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə HƏMAS-ın hücumları nəticəsində İsraildə 8 azərbaycanəsilli şəxslərin həlak olduğunu açıqlayıb.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə ölənlərin sayı 1400-ü keçib, 3000-dən çox adam yaralanıb. Ərazidə 1 300-dən çox bina dağılıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.
Trend.az