İsrail ordusu Qəzzada hərbi obyektlərə zərbələr endirdi

İsrail Müdafiə Ordusu (ÇAXAL) gecə Qəzza zolağında 200-dən çox hərbi obyektə zərbələr endirib.

Olaylar.az xəbər verir ki, bu barədə ÇAXAL-ın mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, bundan başqa, İsrail qırıcıları HƏMAS-ın qərargahına zərbələr endirib və nəticədə hərəkatın nümayəndəsi öldürülüb.

Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31