Aİ liderləri növbədənkənar toplantı keçirir
17 Oktyabr 2023 10:12 DünyaAvropa İttifaqı ölkələrinin liderləri İsrail-Fələstin müharibəsi ilə bağlı onlayn görüş keçirəcək.
Olaylar.az APA-ya istinadən bildirir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel çağırış edib.
Çağırışda mülki şəxslərin beynəlxalq hüquq çərçivəsində qorunmasının vacibliyi vurğulanıb.
Həmçinin Qəzzada köməyə ehtiyacı olan mülki şəxslərə dəstək verməyə hazır olduqları bildirilib.
Liderlər bu gün Bakı vaxtı ilə saat 19:00-da videokonfrans vasitəsilə görüşəcəklər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31