Rəcəb Tayyib Ərdoğan və Yunanıstanın Baş naziri arasında telefon danışığı olub
16 Oktyabr 2023 22:51 DünyaRəcəb Tayyib Ərdoğan Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə telefon danışığı aparıb.
Olaylar.az trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi bildirib.
Telefon danışığı zamanı İsrail və Fələstin arasındakı münaqişələr və regionda insan haqlarının pozulması müzakirə edilib.
Bir çox narahatlıq doğuran hadisələrlə bağlı fikir mübadiləsi aparılıb.
Ərdoğan bildirib ki, Türkiyə regional və qlobal miqyasda son dərəcə mənfi nəticələri ola biləcək bu münaqişəli prosesə son qoymaq üçün hər cür səy göstərəcək.
Telefon danışığı zamanı, Ərdoğan riskin azaldılması istiqamətində addımların tez bir zamanda atılmasının düzgün olacağını bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31