Almaniyada yəhudi evlərinin üzərinə Davud ulduzu çəkilib - ÖZƏL

Almaniyanın qərbindəki Dortmund şəhərində yəhudilərin yaşadığı beş evin üzərinə naməlum şəxslər Davud Ulduzu çəkiblər.

Olaylar.az xəbər verir ki, bu barədə yerli polis öz saytında məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları altıguşəli ulduzların ötən həftə evlərin üzərinə çəkilməsinə aydınlıq gətirib. Hadisələrlə bağlı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən araşdırmalara başlansa da, hələlik heç bir şübhəli şəxs tapılmayıb.

Bundan əvvəl Berliner Kurier qəzeti Berlində bir neçə evin də Davud Ulduzları ilə işarələndiyini yazmışdı. Nəşrin müəllifləri Holokost zamanı nasistlərin yəhudilərin evlərinə və əmlaklarına damğa vurduğu qaranlıq vaxtları xatırladıblar.

Həmçinin, Rundfunk Berlin-Brandenburg televiziya və radio şirkəti metropoliten polisinin mətbuat xidmətinə istinadən Yaxın Şərq münaqişəsi ilə bağlı Davud Ulduzu ilə qraffiti hallarının artması barədə məlumat yayıb.

Oktyabrın 16-da İsrailin baş naziri Benyamin Netanyahu ölkə parlamentinin qış sessiyasının açılışında HƏMAS-ı "nasizmin yeni versiyası" hesab edib və dünyanı qruplaşmaya qarşı mübarizəyə çağırıb.

Bundan əvvəl İsrailin baş naziri Netanyahu HƏMAS-ı məhv edəcəyinə söz vermişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31