Gürcüstanın Konstitusiya Məhkəməsi ölkə prezidentinin impiçmentinə dair tələbi təmin edib
16 Oktyabr 2023 15:27 DünyaGürcüstanın Konstitusiya Məhkəməsi prezident Salome Zurabişvilinin impiçmentinə dair tələbi təmin edib.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə məhkəmənin rəhbəri Merab Turava məlumat yayıb.
Konstitusiya Məhkəməsinin 6 üzvü impiçment qərarını dəstəkləyib, üçü isə qərara qarşı çıxıb.
İndi isə Gürcüstan parlamenti iki həftəlik müddət ərzində prezidentin impiçment qaydasında vəzifədən kənarlaşdırılması məsələsini nəzərdən keçirərək səsverməyə qoymalıdır.
Qeyd edək ki, impiçment barədə qərarı parlamentin ən azı 100 deputatı dəstəkləməlidir.
Xatırladaq ki, ötən ay Gürcüstanın "Gürcü arzusu" hakim partiyası prezident Salome Zurabişviliyə qarşı impiçment prosedurunu başladıb.
Məlumata görə, impiçment barədə qərara səbəb ölkə başçısının konstitusiyanı pozaraq Avropaya səfərləri hakimiyyətlə razılaşdırmamasıdır.