Su-34 təyyarələri Ukrayna briqadasının mövqelərinə zərbələr endirib - ÖZƏL

"Rusiyanın "Qərb Döyüş Qrupu"nun Su-34 qırıcı bombardmançıları dörd Ukrayna briqadasının müvəqqəti yerləşdirmə məntəqələrinə və dayaq məntəqələrinə zərbələr endirib".

Olaylar.az xəbər verir ki, bunu Döyüş Qrupunun sözçüsü Sergey Zıbinski bildirib.
"Kupyansk istiqamətində Qərb Döyüş Qrupunun Su-34 qırıcı ekipajları Qolubovka, Petropalovka, Kulaqovka və Ukraynanın 40-cı, 43-cü və 115-ci mexanikləşdirilmiş briqadalarının və 95-ci desant-hücum briqadasının müvəqqəti dislokasiya mövqelərini və istehkamlarını bombalayıblar. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31